Dünya

Sabah Şimali Koreyanın xarici işlər naziri Rusiyaya səfər edəcək

14 yanvar / 14:19 1 dəq
65a3934e3be7365a3934e3be74170521889465a3934e3be7165a3934e3be72
14 yanvar / 14:19
Burada sizin reklamınız ola bilər

Şimali Koreyanın xarici işlər naziri Çoi Son Hi yanvarın 15-17-də Rusiyaya səfər edəcək.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Səfərin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə baş tutacağı bildirilib.

Rusiya Xarici İşlər Nazirliyi Şimali Koreya XİN başçısının yanvarın 15-17-də Moskvaya rəsmi səfərini təsdiqləyib.

Paylaş
Burada sizin reklamınız ola bilər