Dekabrın 14-ə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 9-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.