Siyasət

Sabah “Bakı Parlament Platforması” yaradılacaq

11 iyun / 17:34 1 dəq
21e32069 2e86 4c31 b3fb 1bc37cdc96c9
11 iyun / 17:34
Burada sizin reklamınız ola bilər

Sabah – iyunun 12-də Azərbaycan, Almaniya və Türkiyədən parlament nümayəndələrinin və ekspertlərinin iştirakı ilə “Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı keçiriləcək.

Əsas məqsəd Azərbaycan, Almaniya və Türkiyə parlamentarilərindən ibarət “Bakı Dialoq və Əməkdaşlıq Platforması” (“Bakı Parlament Platforması”) yaratmaq və bu Platforma çərçivəsində regional təhlükəsizliyə təhdid yaradan əsas faktorların qarşısının alınması yollarını, eləcə də qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması, həmçinin nəqliyyat və enerji sahələrində mövcud əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə etməkdir.

Paylaş
Burada sizin reklamınız ola bilər