Dünya

Saakaşvilinin anası onun səhhəti ilə bağlı açıqlama verib…

8 may / 09:44 1 dəq
9b07e725cf2d3535e2558174a74d6b08
8 may / 09:44
Burada sizin reklamınız ola bilər

“Mixeil Saakaşvili son dərəcə zəifləyib və hər keçən gün onun vəziyyəti daha da pisləşir”.

“Qərb Xəbər”  xarici mediyaya istinadən xəbər verir ki, bu sözləri Saakaşvilinin anası Giuli Alasaniya “Vivamed” klinikasında onu ziyarət etdikdən sonra deyib.

Alasaniyanın sözlərinə görə, o, hələ ki, polşalı həkimlərin keçmiş prezidenti ziyarət etmək üçün Gürcüstana nə vaxt gələcəkləri barədə məlumata sahib deyil:

“Şəxsən mənim polşalı həkimlər haqqında heç bir məlumatım yoxdur. Mən çox təəccüblənirəm, çünki onların gəlişi barədə məlumatlardan üç ay keçdi, görünür burada ciddi maneələr var”, – deyə Alasaniya bildirib.

O həmçinin qeyd edib ki, ailə hazırda Mixeil Saakaşvilinin mövcud vəziyyəti ilə bağlı Strasburqa göndərilən müraciətə cavab gözləyir.

Paylaş
Burada sizin reklamınız ola bilər