Dünya

Şaakaşvili xalqı meydanlara səslədi: Son şansımızdır!

2 oktyabr / 13:04 2 dəq
Saakaşvili
2 oktyabr / 13:04
Burada sizin reklamınız ola bilər

Hər bir ölkənin tarixində elə məqamlar olur ki, yerindəcə və dərhal hərəkətə keçmək lazımdır”.

Qerbxeber.com  xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili özünün sosial media hesabında deyib.

Onun iddiasına görə, hazırkı hökumət qarşıdan gələn parlament seçkilərində növbəti dəfə qələbə qazansa, ölkədə müstəqil media və institutlar məhv ediləcək, çoxlu sayda həbslər olacaq.

Bütün bunlar olarsa, ümumi ümidsizlik baş qaldıracaq və Qərb bizdən əl çəkəcək. Ona görə də ayın 4-də ayağa qalxmaq, ölkəmizi xilas etmək üçün son şansdır. Odur ki, 4-də gəlin və sona qədər dayanın. Azadlıq indi və ya heç vaxt”, – Saakaşvili vurğulayıb.

Oktyabrın 4-də Gürcüstanda parlament seçkiləri keçiriləcək. M.Saakaşvilinin Milli Hərəkat Partiyası həmin gün Tbilisidə izdihamlı mitinq və küçə yürüşləri elan edib. Partiya təmsilçiləri nümayişlər zamanı sərt addım ata biləcəklərini açıqlayıblar. Gürcüstan rəsmiləri mümkün hadisələri Saakaşvilinin hakimiyyətə qaytarılması üçün təxribatçı plan hesab edir.

Paylaş
Burada sizin reklamınız ola bilər