Dünya

Şərti sərhəddə gərginlik fonunda Ermənistan Baş Qərargah rəisinin birinci müavini işdən çıxarılıb

14 fevral / 10:34 1 dəq
65cc5a5cbd58865cc5a5cbd589170789129265cc5a5cbd58665cc5a5cbd587
14 fevral / 10:34
Burada sizin reklamınız ola bilər

Ermənistan ordusunda kadr dəyişikləri aparılıb.

“Qərb Xəbər” məlumat verir ki, Ermənistan prezidenti Vaahn Xaçaturyanın müvafiq fərmanları ilə general-mayor Artak Budayqan Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmasının rəhbəri təyin olunub.

Hərbi Akademiyanın rəisi, polkovnik Artur Eroyan Baş Qərargah rəisinin müavini təyin edilib.

General-leytenant Kamo Koçunts isə Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, son günlər Ermənistan tərəfinin təxribatlara əl atması səbəbindən şərti sərhəddə vəziyyət gərginləşib. Ermənistan tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bir əsgəri yaralanıb.

Dövlət Sərhəd Xidmətinin buna cavab olaraq apardığı “Qisas” əməliyyatı nəticəsində Ermənistan ordusunun dörd hərbçisi məhv edilib, biri yaralanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər