Bölgə xəbərləri

Şərifin Bakıda dediyi bu sözlər İrəvanda gündəm oldu

17 iyun / 11:25 1 dəq
Shahbaz sherif (1)
17 iyun / 11:25
Burada sizin reklamınız ola bilər

Pakistan Baş naziri Şahbaz Şərifin Azərbaycana səfəri çərçivəsində Ermənistanla bağlı sözləri düşmən ölkədə geniş reaksiya doğurub.

“Qərb Xəbər” “Axar.az”a istinadən  xəbər verir ki, Şahbaz Şərif Qarabağın işğaldan azad edilməsində Azərbaycana dəstəyi ölkəsinin borcu adlandırıb.

Həmçinin Şahbaz Şərif Ermənistanla heç bir diplomatik əlaqə qurulmamasını bu cür izah edib:

“Biz o məsələyə (Ermənistanla diplomatik əlaqələrin qurulmasına – red.) yalnız Bakı və İrəvan arasında sülh müqaviləsi imzalanandan sonra qayıda bilərik”.

Erməni analitiklər Azərbaycanın əsas müttəfiqlərindən olan Pakistanın baş nazirinin bu sözlərini “İslamabadın İrəvana tələbi” adlandırıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər