Bölgə xəbərləri

Şəmkirin bəzi kənd və qəsəbələrində elektrik enerjisinin verilməsi dayandırılıb

4 avqust / 12:00 1 dəq
Indir 2023 08 04T115937.021
4 avqust / 12:00
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonuna leysan yağıb, elektrik enerjisinin verilməsində fasilə yaranıb.

“Qərb Xəbər”in məlumatına görə, bölgədə yağan güclü yağış bir sıra fəsadlar törədib.

Şəmkir rayon Kür qəsəbəsi, Yeniabad, Keçili və Mahmudlu kəndlərində küləklə müşahidə olunan leysan yağışlar nəticəsində elektrik enerjisinin verilməsi dayandırılıb.

Bəzi küçələrdə insanların və avtomobillərin hərəkətində çətinlik yaradıb.

Qeyd edək ki, hazırda Gəncə şəhərində və ətraf rayonlarda da qeyri-sabit hava şəraiti müşahidə olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər