Bölgə xəbərləri

Şəmkirin bədii gimnastları Bakıda təlim-məşq toplanışı keçirlər

25 yanvar / 16:11 1 dəq
E5b8460b dac0 369c 8380 52cd3754cef5
25 yanvar / 16:11
Burada sizin reklamınız ola bilər

Şəmkir və Sumqayıtın bədii gimnastları Bakıda təlim-məşq toplanışında iştirak edirlər.

“Qərb Xəbər” “Report”a istinadən bildirir ki, Milli Gimnastika Arenasındakı hazırlıq prosesinə 9 idmançı qatılıb.

Toplanışda gimnastlara təcrübəli mütəxəssislərin rəhbərliyi altında ümumi və fiziki hazırlıq, atlet texnikası üzrə məşqlər keçirilir.

Bundan əlavə, onların proqramlarının təkmilləşdirilməsinə də diqqət yetirilir.

Qeyd edək ki, Sumqayıt Olimpiya Kompleksində 2011-ci, Şəmkir Gənclər Evində isə 2019-cu ildən bədii gimnastika bölmələri fəaliyyət göstərir.

Paylaş
Burada sizin reklamınız ola bilər