Bölgə xəbərləri

Şəmkirdə yol qəzasında iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

8 dekabr / 09:52 2 dəq
Məhkəme
8 dekabr / 09:52
Burada sizin reklamınız ola bilər

Şəmkirdə yol qəzası nəticəsində iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Tural Cəfərovun məhkəməsi başlayır.

“Qərb Xəbər” in xəbərinə görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Roman Ələkbərlinin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 16-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin mayın 4-də Şəmkir rayonu, Şuşa küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini T.Cəfərovun idarə etdiyi “Schacman” markalı yük avtomobili hərəkətdə olarkən əyləc sistemi sıradan çıxıb. Daha sonra nəqliyyat vasitəsi qarşıda gedən digər yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində hər 2 avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər ölüb.

Hadisəyə səbəb kimi T.Cəfərovun idarə etdiyi avtomobilin əyləcinin imtina etməsi göstərilir.

T.Cəfərova qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər