Şəmkirdə xəsarət alanların kimliyi məlum olub
Şəmkirdə yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub
“Qərb Xəbər”in məlumatına görə hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1987-ci il təvəllüdlü Mövlayev Rəşad və onun həmyaşıdı İsgəndərov Turaaq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.




