Bölgə xəbərləri

Şəmkirdə toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb

5 iyul / 14:15 2 dəq
64a50a8a310ec64a50a8a310ed168853773764a50a8a310e864a50a8a310eb
5 iyul / 14:15
Burada sizin reklamınız ola bilər

Şəmkirdə toy karvanında avtoxuliqanlıq şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə ragional qrupundan “Qərb Xəbər”ə verilən xəbərə görə, Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı rayon sakini Rəşad Rzazadənin “VAZ 2107” markalı avtomobil ilə toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etməsi məlum olub. Həmin şəxs barəsində DYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə R. Rzazadənin sürücülük hüququndan 1 illik məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.

Bundan əlavə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərdə arxa yayların kəsilməsi və digər konstruksiya dəyişikliyi dərək iştirakçılarına təhlükə yaratması, həmçinin vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.

Paylaş
Burada sizin reklamınız ola bilər