Hadisə

Şəmkirdə oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

9 mart / 15:02 1 dəq
Internetklub ogurlug 090320
9 mart / 15:02
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonunda internet klubdan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan trend-ə verilən məlumata görə, martın 1-də rayonun Qaracaəmirli kəndindəki internet klubdan ümumi dəyəri 6500 manat olan 4 ədəd müxtəlif markalı televizor və 4 ədəd oyun aparatı oğurlanıb.

Şəmkir RPŞ əməkdaşları tərəfindən saxlanılan Gəncə şəhər sakinləri – 29 yaşlı Fuad İbrahimov və əvvəllər məhkum olunmuş 27 yaşlı Ayxan Hüseynov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təqdim ediliblər. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər