Bölgə xəbərləri

Şəmkirdə evə basqın olub, sahibi döyülüb

9 avqust / 15:00 1 dəq
9d951432 f36f 3440 9b9c 3d08d04fc0be
9 avqust / 15:00
Burada sizin reklamınız ola bilər

Şəmkir Rayon Polis Şöbəsinə avqustun 7-də Yuxarı Seyfəli kəndi ərazisində 2 maskalı şəxsin bir evə açıq qalan qapıdan girib, ev sahibini döyərək ağzını, əllərini və ayaqlarını yapışqanlı lentlə bağlayıb pul və qızıl əşyalar tələb etmələri, lakin pul və qızıl əşyalar tapa bilmədikləri üçün onun cibindən 6 manat pulunu götürüb oranı tərk etmələri barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Könüllü kənd sakinləri S.Mustafayev və qardaşı oğlu E.Mustafayev saxlanılıb, daha 2 nəfər müəyyən edilib.

S.Mustafayevin evinə baxış zamanı oradan “TT” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər