Bölgə xəbərləri

Şəmkirdə avtomobil aşıb, sürücü ölüb

27 mart / 10:07 1 dəq
Qeza1111
27 mart / 10:07
Burada sizin reklamınız ola bilər

Şəmkirdə avtomobil aşıb, sürücü ölüb.

“Qərb Xəbər” bildirir ki, 1961-ci il təvəllüdlü Valeh Ələkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə Şiştəpə-İrmaşlı kənd avtomobil yolu ilə Şəmkir şəhəri istiqamətdə hərəkətdə olan zaman idarəetməni itirərək yolun kənar hissəsinə aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər