Şəmkirdə altı yaşlı uşağı maşın vurub
Şəmkirdə azyaşlını maşın vurub.
“Qərb Xəbər” “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə rayonun Çənlibel kəndində baş verib.
Hərəkətdə olan minik maşını 2016-cı il təvəllüdlü Musayev Muradı vurub.
Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.




