Hadisə

Şəmkirdə adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

24 fevral / 17:38 1 dəq
128b943c a9aa 35da 93ae 4d51397616e8
24 fevral / 17:38
Burada sizin reklamınız ola bilər

Şəmkirdə 5 gün əvvəl 64 yaşlı qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə “Qərb Xəbər”ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, fevralın 19-da Şəmkir rayon Zəyəm Cırdaxan kənd sakini 1959-cu təvəllüdlü Əntiqə Məmmədovanın öldürülməsi barədə polisə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 1986-cı il təvəllüdlü Fariz Cəlilov saxlanılaraq istintaqa təhvil verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər