Bölgə xəbərləri

Şəmkirdə “Açıq mikrofon” aksiyası keçirilib

27 oktyabr / 09:36 2 dəq
WhatsApp Image 2022 10 26 at 16.30.22 (1)
27 oktyabr / 09:36
Burada sizin reklamınız ola bilər

“Qasımalılar kəndində  bəzi hallarda qazın təzyiqi aşağı olur. Xahiş edirik təzyiqin tənzimlənməsində köməklik edəsiniz. Digər bir müraciətim isə fərdi yaşayış evimdə qapı keçidinin quraşdırılmasından ibarətdir”.

“Qərb Xəbər” “Lent.az”a istinadən xəbər verir ki, bu fikirlər Şəmkir rayonunda baş tutan “Səyyar qəbul otağı”nda Bayram Musayevin səsləndirdiyi müraciətdə yer alıb.

Aksiyaya üz tutan şəhid atası Eldar Həsənov qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Müraciətlərdən 3-ü isə fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz olunmasından ibarət olub.

“Açıq mikrofon” aksiyasında çıxış edən SOCAR “Azəriqaz” İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi Elman Qənbərov problem və təkliflərini mikrofona açıq şəkildə deyən vətəndaşların müraciətlərinin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər