Bölgə xəbərləri

Şəmkirdə 9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb

4 may / 15:22 1 dəq
Big 1504598670 meyit
4 may / 15:22
Burada sizin reklamınız ola bilər

Şəmkirdə 9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb.

Hadisə aprelin 24-də Bakı-Qazax yolunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Vaqif İsa oğlu Qəhrəmanov idarə etdiyi QAZ-2410 markalı avtomobillə hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Valeh Vahid oğlu Mustafayevin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə toqquşub.

Nəticədə sürücülər – V.Qəhrəmanov və V.Musayev, eyni zamanda “Mercedes-Benz” markalı avtomobildə olan sərnişin Validə Məmməd qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müraciət ediblər.

V.Qəhrəmanov mayın 3-də xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər