Şəmkir xəstəxanasının direktoru işdən çıxarıldı
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb.
Qerbxeber.com APA-nın məlumatına istinadən xəbər verir ki, xəstəxananın direktoru Samir Namazov TƏBİB rəhbərliyinin müvafiq əmiri ilə vəzifəsindən azad edilib.
Qeyd edək ki, S.Namazov bu vəzifəyə 2025-ci ildə təyin edilib. O, direktor təyin olunmazdan öncə xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.




