Şəmkir rayon Mərkəzi xəstəxanasında yanğın təhlükəsizliyinə dair təlim keçirilib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Şəmkir rayon Mərkəzi xəstəxanasında yanğın təhlükəsizliyinə dair “şərti yanğın” təlimləri keçirilib.
“Qərb Xəbər” FHN-ə istinadən bildirir ki, Şəmkir rayon Yanğından Mühafizə hissələrinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimlərin keçirilməsində əsas məqsəd xəstəxana kollektivinə yanğın zamanı davranış qaydalarının aşılanması olub.




