Bölgə xəbərləri

Səməd Seyidov Ermənistan nümayəndə heyətini AŞPA-nı yanıltmamağa çağırıb

21 iyun / 13:50 1 dəq
6266c4c86a9786266c4c86a97916509022166266c4c86a9766266c4c86a977
21 iyun / 13:50
Burada sizin reklamınız ola bilər

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyası zamanı çıxış edib.

“Qərb Xəbər”in “APA”ya istinadən xəbərinə görə, o, çıxışında yay sessiyasının ilk günündən etibarən AŞPA-dakı erməni nümayəndə heyətinin regiondakı vəziyyəti tam tərsinə, fərqli təqdim etdiyini deyib.

Səməd Seyidov Ermənistan nümayəndə heyətini beynəlxalq qurumu yanıltmamağa, regionda daha da qeyri-müəyyən vəziyyət yaratmamağa çağırıb.

“Mənim onlara tövsiyəm bu olardı ki, onlar azərbaycanlılarla eyni masa arxasında oturacaq cəsarəti tapsınlar, sülh haqqında düşünsünlər, AŞPA-da edəcəkləri yanıldıcı çıxışlar haqqında yox… Azərbaycan, Gürcüstan və Ermənistan da daxil olmaqla, regiondakı ölkələrin iqtisadi inkişafı haqqında düşünsünlər. Bunu edərək kommunikasiyaya açıq olsunlar və yeni reallığı qəbul etsinlər”, – deputat çıxışında bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər