Hadisə

Səkilərdə avtomobil saxlayanlar cərimələnəcək

12 iyun / 11:20 1 dəq
666871b71e8fd666871b71e8fe1718120887666871b71e8fb666871b71e8fc
12 iyun / 11:20
Burada sizin reklamınız ola bilər

Səkilərdə avtomobil saxlayanlar cərimələnəcək.

Qerbxeber.com xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 346.9-cu maddədə əksini tapıb.

Layihəyə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə ediləcək.

Qeyd edilib ki, şəxs yuxarıda nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

Paylaş
Burada sizin reklamınız ola bilər