Səhiyyə naziri dərman çatışmazlığından danışdı
“Ölkədə dərman ilə bağlı çatışmazlıq yoxdur”
“Qərb Xəbər” bildirir ki, bu fikirləri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bəzi dərmanların, əsasən də sirop formasında olanların bazada azalmasının Azərbaycanla heç bir əlaqəsi yoxdur:
“Bilirsiniz ki, istehkakçılar dərmanlarda bəzi baza maddələr istifadə edirlər. Həmin maddələrin azalması səbəbindən də dərman istehsalı aşağı düşüb. Son bir həftə ərzində bu məsələ aradan qaldırılıb”.




