Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Şəhidlərin xatirəsinə həsr olunmuş respublika turniri

10 iyun / 16:11 3 dəq
03 08.06.21
10 iyun / 16:11
Burada sizin reklamınız ola bilər

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin proqramına daxil olan idman növləri üzrə növbəti yarışlar keçirilib.

“Qərb Xəbər”in məlumatına görə, atletika idman növü üzrə Lənkəran Olimpiya İdman Kompleksində, voleybol idman növü üzrə Sərhədçi İdman Olimpiya Mərkəzində, basketbol idman növü üzrə İsmayıllı Olimpiya İdman Kompleksində, mini futbol idman növü üzrə Şəmkir Olimpiya İdman Kompleksində turnirin növbəti yarışları təşkil olunub.

Nəticələrə görə, atletika idman növü üzrə I yerə Masallı, II yerə Salyan, III yerə  Astara rayonun məktəbliləri, voleybol idman növü üzrə I yerə Xəzər rayonu, II yerə Xətai rayonu, III yerə Yasamal rayonunun məktəbliləri, basketbol idman növü üzrə I yerə Şəki şəhəri, II yerə İsmayıllı rayonu, III yerə Zaqatala rayonunun məktəbliləri, mini futbol idman növü üzrə I yerə Gəncə şəhəri, II yerə Yevlax şəhəri, III yerə Naftalan şəhərinin məktəbliləri layiq görülüb.

Turnirin əsasnaməsinə uyğun olaraq, zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb.

Yarışların zona mərhələsinin qaliblərinə diplomlar təqdim edilib.

Olimpiya sistemi üzrə 6 zonada keçiriləcək turnirdə 4 idman növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərindən 2000-dən çox məktəbli iştirak edir.

Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2021-ci ilin may-iyun aylarında  keçiriləcək yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə iştirak edəcək.  

Qeyd edək ki, turnirin keçirilməsində məqsəd şəhidlərin xatirəsini əbədiləşdirmək, onların xatirəsini yad etmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

Turnir xüsusi karantin rejimi qaydalarına uyğun olaraq həyata keçirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı