Bölgə xəbərləri

Şəhid gizir Azad Kərimovun nəşi ailəsinə təhvil verilib

14 sentyabr / 10:57 1 dəq
Dff7458b 8788 3593 a496 234c603ea1d6
14 sentyabr / 10:57
Burada sizin reklamınız ola bilər

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Kəlbəcərdə şəhid olan Azad Zakir oğlu Kərimovun nəşi ailəsinə təhvil verilib.

“Qərb Xəbər”in məlumatına görə, Azad Kərimovun nəşi Qazax rayon Daş Salahlı kəndinə gətirilib.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü A.Kərimov ailəli olub. Onun 1 və 3 yaşında iki oğlu əmanət qalıb.

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Paylaş
Burada sizin reklamınız ola bilər