Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Şəhid adını daşıyan məktəb nə vaxt təmir olunacaq?

5 aprel / 17:31 3 dəq
Şəhid adını daşıyan məktəb nə vaxt təmir olunacaq?
5 aprel / 17:31
Burada sizin reklamınız ola bilər

Aşağı Öysüzlü Tovuzun ən qədim kəndlərindən biridir. Çox təəssüflə deyə bilərik ki, şəhid Araz Hüseynovun adını daşıyan tam orta məktəbdə tarixin qalıqları özünü lap açıq-aşkar şəkildə göstərir. Siniflərə daxil olduqda keçmişə geri dönüş edirsən sanki. İkinci sinif şagirdlərinin təhsil aldığı otağa baxaq: Xanlıqlar dövründən qalan bu tikili necə var, eynilə qalmaqdadır.

Tavanı, divarları hər an uçmaq təhlükəsində olan bu təhsil ocağında 337 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 45 müəllim məşğul olur. Respublika səviyyəsində hər il yüksək balla ali məktəblərə qəbul məhz bu məktəbdəndir. İdman zalı, Akt zalı, bufet, hətta ayaqyolunun belə olmaması yaşadığımız XXI əsrə nə dərəcədə yaraşır?! Normal şəraitin olmaması müasir metodla dərsin keçirilməsini mümkünsüz edir.

Qızğın Tovuz döyüşlərində belə doğma kəndindən bir addım geri çəkilməyən Aşağı Öysüzlülülər indi övladlarının olduqca bərbad vəziyyətdə olan binada təhsil almasından narahatdırlar. Mövcud vəziyyət valideynləri uşaqlarını digər kənd məktəblərinə köçürməyə vadar edir.

Məktəbin üç korpusu var ki, bunlardan ikisinin tikilmə tarixi ta xanlıqlar, bəyliklər dövrünə gedib çıxır. Müəllim-valideyn heyəti aidiyyatı orqanları dəfələrlə təhlükəli vəziyyətlə əlaqədar xəbərdar etsə də, bu günədək hər hansı bir addım atılmayıb.

Sözügedən təhsil ocağında qəzalı vəziyyət hər gün daha da artır. İstismara yararsız olan binada şagirdlərin və müəllimlərin həyatı təhlükədədir. Təhsil millətin gələcəyidir. Ümid edək ki, səlahiyyətli orqanlar millətin gələcəyinə biganə qalmayacaq, verilən vədlər yubanmadan əmələ keçəcək. “Qərb Xəbər” olaraq binanın taleyini nəzərdə saxlayacağıq.

Qeyd edək ki, Vətən müharibəsində xüsusi şücaət sərgiləyən Aşağı Öysüzlü kəndi çoxsaylı şəhid verib. Unutmayaq! Gələcəyin əsgərlərinin yolu bu məktəbdən keçir…

Aymirə İsmayılqızı,

Röyal İslam, Qərb Xəbər

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı