Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üç rayon şöbəsində əməliyyat keçirilib, saxlanılanlar var
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz, Laçın və Cəlilabad şöbələrində əməliyyat keçirilib.
Baş Prokurorluğun Mətbuat xidməti verilən məlumatları təsdiqləyib.
“Ətraflı məlumat veriləcək”, – qurumdan bildirilib.




