Səfər zamanı çəkidə artım, yoxsa ilahi hikmət..-ELNUR NEMƏTOVDAN
Bir çoxlarımız diyet vaxtı səfərdə olanda, nə qədər yeməklərimizə diqqət eləsək də, çəkimizin ya dayandığını, ya da artdığını müşahidə edirik. Bu nə ilə bağlıdır?
Səfər zamanı — yəni yaşadığın məkandan kifayət qədər uzaqlaşanda — bədən bunu təhlükə siqnalı kimi qəbul edir. “Tanımadığı yer”ə düşən bədən ehtiyat rejiminə keçir, sanki “fövqəladə vəziyyət” rejimini işə salır və yeni mühitə uyğunlaşmağa çalışır. Ardınca “kök instinkt” aktivləşir.
Zehnimiz deyir:
“Mən artıq tanıdığım, təhlükəsiz mühitdə deyiləm. Mənə tanış olmayan hava, yemək, insanlar, səslər və enerji sahəsi var.”
Çünki yaşadığın məkandan uzaqlaşanda, bədənin enerji sahəsi də dəyişir. Bu dəyişiklik həm fizioloji, həm də enerjetik səviyyədə uyğunlaşma stresi yaradır.
Bəs “kök instinkt” nədir?
Əsrlər boyu insanlarda səfərə çıxarkən yemək, su, enerji ehtiyatı toplamaq süuraltı proqram olub. Bu proqram beynimizdə hələ də aktivdir deyə,
harasa gedirəmsə, “yeməyimlə, enerjimlə hazıram və orda nə olacaq, bilinməz – hazır ol!” deyirik.
Deməli, zehin “yaşamaq rejimi”ni (survival mode) aktivləşdirir — səfəri “təhlükə və qeyri-müəyyənlik” kimi tanıyır və bədəni yeməyə təşviq etməklə yanaşı, metabolizmanın ləngiməsi, enerjinin yığılması və yağın saxlanması ilə nəticələnir.
Bədən qorunmaq üçün enerji ehtiyatı toplamağa başlayır, bu da çəki artımına səbəb olur.
Çünki beyin enerjini yığmağa başladıqda, bütün resurslar — qida, su, enerji — daxilə yönəldilir.
Hətta çox az yeyilsə belə, bədən onu ehtiyat kimi saxlamağa çalışır.
Yəni, az qida belə “artıq enerji” kimi qəbul olunur – və nəticə yenə də çəki artımı olur.
Metafizik baxımdan yer dəyişdikdə bədən yeni coğrafi, elektromaqnit və bioloji rezonans sahəsinə daxil olur. Yeni mühitin enerjisi ilə bədənin enerji sahəsi uyğunlaşmağa çalışır. Bu zaman daxildə müvəqqəti enerji disbalansı yarana bilər.
Nəticədə:
Yuxu rejimi pozulur
Yemək istəyində dəyişikliklər yaranır
Psixoloji gərginlik artır
Emosional yemək davranışı aktivləşir
Bu uyğunlaşma prosesi bir necə gün çəkə bilir.
Daha bir maraqlı məqam!!!
Dinimiz bu haqda bizi necə maarifləndirir? İslam dini bu vəziyyəti necə tənzimləyir?
İslam dini bu vəziyyəti qabaqlayaraq bədən və ruhun müdafiəsi üçün səfərdə orucun açılmasına icazə verir.
Çünki:
Oruc tutan şəxs günün müəyyən saatlarında qida qəbul etmir
Səfər zamanı isə bədən artıq ehtiyat rejimindədir deyə, hər iki rejimin üst-üstə düşməsi bədənə ikiqat yük yaradır və orqanizm enerji dəyişikliklərinə tab gətirməkdə çətinlik çəkə bilər.
Bu səbəbdən Quranda — Bəqərə surəsi, 184–185-ci ayələrdə Allah buyurur:
“Kim xəstə və ya səfərdə olarsa, orucunu başqa günlərdə tutsun. Allah sizin üçün asanlıq istəyir, çətinlik istəmir.”
Nəticə:
Beyin yaşadığın yerdən uzaqlaşanda, “enerji qoruma və ehtiyat toplama” rejiminə keçir.
Bu hal həm fiziki səviyyədə çəki artımı, həm də enerjisel səviyyədə daxilə çəkilmə və qorunma ilə müşahidə olunur.
Tovsiyəm:
Səfər zamanı çəkidə yaranan dəyişikliklər – istər dayanma, istərsə də artım – sizi əsla narahat etməsin və motivasiyanızı azaltmasın!
Bunu bir zəiflik yox, bədənin sizi qorumağa çalışmasının, ilahi mərhəmətin və hikmətin təzahürü kimi qəbul edin!!
Unutmayın:
hədəfinizə doğru yol aldığınız hər bir mərhələdə, bədəniniz də sizinlə birlikdə uyğunlaşır və öz ritmini tapmağa çalışır.
İnamla davam edin!!!
Hörmətlə və dəstəklə,
Elnur Nəmətov




