Ruslar Naxçıvanla sərhəddə 2 yeni sərhəd məntəqəsi yaradıb – Foto
“Bugün Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Putinə məlumat verib ki, onlar Naxçıvan MR ilə sərhəddə 2 yeni sərhəd məntəqəsi yaradıb: biri Arazdəyən kəndində, digəri Paruyr Sevak kəndində”.
“Qərb Xəbər”in məlumatına görə, bunu jurnalist Emin Hüseynzadə “Feysbuk” profilində yazıb.
O, hazırladığı xəritəni paylaşaraq bildirib ki, hər ikisi Sədərək rayonu ilə həmsərhəddir: “Paruyr Sevak isə həm də Sədərək rayonunun işğal altındakı Kərki ilə də həmsərhəddir.
Hazırladığım xəritədən daha aydın görünür”.





