Dünya

Rusiyaya girişi qadağan edilən Aİ nümayəndələrinin siyahısı genişləndirilib

25 iyun / 08:51 1 dəq
667982125f0b6667982125f0b71719239186667982125f0b4667982125f0b5
25 iyun / 08:51
Burada sizin reklamınız ola bilər

Rusiya Avropa İttifaqının 14-cü sanksiya paketinə cavab olaraq, Rusiyaya girişi qadağan edilən Avropa institutlarının və Aİ-yə üzv ölkələrin nümayəndələrinin siyahısını genişləndirib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Bu qeyri-dost addımlara cavab olaraq Rusiya tərəfi “Rusiya Federasiyasını tərk etmək və Rusiya Federasiyasına daxil olmaq qaydası haqqında” Federal Qanuna uyğun olaraq Avropa institutlarının və Avropa İttifaqına üzv ölkələrin nümayəndələrinin Rusiya ərazisinə girişi yasaqlanıb. Moskva Qərb ölkələrinin heç bir qeyri-dost addımını cavabsız qoymayacaq”, – deyə bəyanatda qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər