Dünya

Rusiyanın “pomidor” siyasətini bazar tənzimləyəcək

6 iyul / 21:45 1 dəq
Oksana lut
6 iyul / 21:45
Burada sizin reklamınız ola bilər

Kənd Təsərrüfatı Nazirliyi konkret olaraq Azərbaycandan pomidor idxalına qadağa qoymağı planlaşdırmır. Bu məsələni bazar özü tənzimləyəcək.

Qerbxeber.comAxar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya kənd təsərrüfatı naziri Oksana Lut bildirib.

Onun sözlərinə görə, Rusiyada pomidor və xiyar bazarı kifayət qədər balanslaşdırılıb:

“Mövsümdən asılı olaraq dəyişkəndir. Belə ki, yayda öz pomidorumuz çoxdur. Pomidor və xiyar da şəxsi təsərrüfatlarda yetişdirilir.

Əgər məhsulumuz kifayət qədərdirsə, bu o deməkdir ki, bazar sadəcə olaraq xaricdən almayacaq. Əgər kifayət qədər məhsul yoxdursa, bu o deməkdir ki, Azərbaycan və Özbəkistandan olan dostlarımız bizə kömək edəcək”, – nazir bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər