Bölgə xəbərləri

Rusiyada qaz kəmərində partlayış olub, 3 nəfər ölüb

21 dekabr / 09:50 1 dəq
63a1bc26da49d63a1bc26da49e167154384663a1bc26da49b63a1bc26da49c
21 dekabr / 09:50
Burada sizin reklamınız ola bilər

Rusiyadan Avropaya Ukrayna vasitəsi ilə qaz nəql olunan kəmərdə partlayış baş verib.

“Qərb Xəbər” “APA”ya istinadən bildirir ki, hadisə Çuvaşiya ərazisində qeydə alınıb.

 

Urenqoy-Pomarı-Ujqorod magistral ixrac qaz kəmərində baş verən partlayış nəticəsində 3 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilib.

Fövqəladə Hallar Nazirliyinin Çuvaşiya Respublikası üzrə Baş İdarəsindən bildirilib ki, hadisə Çeboksardan təxminən 50 km cənubda baş verib. Yambaxtino kəndi yaxınlığında yeraltı qaz kəmərində yanğınla nəticələnən sızma baş verib.

Paylaş
Burada sizin reklamınız ola bilər