Dünya

Rusiya XİN: Moskva sülh müqaviləsi çərçivəsində təhlükəsizlik zəmanətləri tələb edəcək

17 mart / 08:56 1 dəq
Kreml3 rusiya
17 mart / 08:56
Burada sizin reklamınız ola bilər

Rusiya Ukraynanın neytral statusu və onu NATO-ya qəbul etməkdən imtinası da daxil olmaqla, sülh müqaviləsinin bağlanması üçün təhlükəsizlik zəmanətləri tələb edəcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə “İzvestiya”ya Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Aleksandr Qruşko məlumat verib.

“Biz tələb edəcəyik ki, bu müqaviləyə sarsılmaz təhlükəsizlik zəmanətləri daxil edilsin. Çünki yalnız onların formalaşması ilə Ukraynada davamlı sülhə nail olmaq və ümumilikdə regional təhlükəsizliyi gücləndirmək mümkün olacaq. Ukraynanın neytral statusu və NATO ölkələrinin onu alyansa üzv qəbul etməkdən imtina etməsi bu təminatların bir hissəsi olmalıdır”, – XİN rəsmisi vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər