Xəbər

Rusiya XİN ABŞ-ı nüvə silahı ilə hədələyib

23 mart / 09:12 1 dəq
Bb1ad592 a2c7 4d98 a214 e44994670d3b
23 mart / 09:12
Burada sizin reklamınız ola bilər

“Vaşinqton beynəlxalq hava məkanında Amerika təyyarələrinə yaxınlaşan Rusiya təyyarəsini vurarsa, Rusiya Federasiyası özünü hər vasitə ilə müdafiə edəcək”.

“Qərb Xəbər” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

ABŞ senatoru Lindsi Qremin beynəlxalq sular üzərində Amerika hədəflərinə yaxınlaşan Rusiya təyyarələrini vurmaq çağırışını şərh edən diplomat qeyd edib ki, bu cür bəyanatlar ciddi qəbul edilməlidir, çünki onlar Moskvanı bütün sahələrdə, o cümlədən hərbi reputasiyasına zərbə vurmaq üçün əllərindən gələni etməyə hazır olduqlarını əks etdirirlər.

O vurğulayıb ki, bu cür bəyanatlar verən insanların nüvə əsrinin reallıqları haqqında çox az təsəvvürləri var və Rusiyanın özünü ixtiyarında olan bütün vasitələrlə təcavüzkar hücumlardan müdafiə etməyə hazır olduğunu unudublar.

Paylaş
Burada sizin reklamınız ola bilər