Dünya

Rusiya və ABŞ Ər-Riyadda Qara dənizdə təhlükəsiz gəmiçiliyə dair danışıqlar aparıb

25 mart / 15:24 1 dəq
67e28fefca99f67e28fefca9a0174290123167e28fefca99d67e28fefca99e
25 mart / 15:24
Burada sizin reklamınız ola bilər

Ər-Riyadda ABŞ-la danışıqlar zamanı Qara dənizdə təhlükəsiz gəmiçilik məsələləri müzakirə olunub.

Qerbxeber.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Qara dəniz təşəbbüsünün hamı üçün daha məqbul olan formada bərpasının tərəfdarıdır.

Lavrov qeyd edib ki, Rusiya Kiyevin sözünə inana bilməz: “Rusiyanın Qara dəniz təşəbbüsünü bərpa edərkən dəqiq zəmanətlərə ehtiyacı olacaq, bunlar yalnız Vaşinqtondan Zelenskiyə verilən əmrin nəticəsi ola bilər”.

Rusiya XİN başçısı bildirib ki, hazırda Rusiya və ABŞ prezidentlərinə Ər-Riyadda Rusiya-Amerika danışıqlarının nəticələri barədə məruzə edilir.

Paylaş
Burada sizin reklamınız ola bilər