Rusiya Ukraynaya rekord sayda 741 dron və raket atdı,718-i zərərsizləşdirildi
Rusiya Silahlı Qüvvələri iyulun 9-na keçən gecə Ukrayna ərazisinə 741 hava hücumu vasitəsi, o cümlədən 728 pilotsuz uçuş aparatı (PUA) atıb.
Qerbxeber.com Unian.net-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrinin məlumatında bildirilib.
Qeyd edilib ki, Rusiya şəhərləri Bryansk, Primorsko-Axtarsk, Kursk, Oryol, Millerovo istiqamətlərindən 728 ədəd “Shahed” tipli zərbə PUA-sı və imitator dronlar; Saratov vilayətinin Engels rayonundan və Kursk vilayəti rayonlarından 7 ədəd X-101/”İskander-K” qanadlı raket; Lipetsk vilayətinin hava məkanından 6 ədəd X-47M2 “Kinzhal” aeroballistik raket atılıb.
Qeyd olunub ki, hücumun əsas hədəfi Lutsk şəhəri olub.
İlkin məlumatlara görə, hava hücumundan müdafiə (HHM) sistemləri 718 hava hücumu vasitəsini zərərsizləşdirib.




