Dünya

Rusiya Ukraynaya aviazərbə endirib, 9-u uşaq olmaqla 31 nəfər yaralanıb

5 iyul / 08:49 1 dəq
55edad28 3601 37b3 9300 5d4197a27a98
5 iyul / 08:49
Burada sizin reklamınız ola bilər

Ukraynanın Xarkov vilayətinin Pervomay şəhərində yaşayış binasına Rusiyanın aviazərbə endirməsi nəticəsində 9-u uşaq olmaqla 31 nəfər yaralanıb.

“Qərb Xəbər” xəbər verir ki, məlumatı “İnsayder” yayıb.

Bildirilib ki, yaralılardan biri 10, o biri 12 aylıq körpə olub.

Məlumata görə, aviazərbələr nəticəsində şəhərdə 8 çoxmərtəbəli binaya da ziyan dəyib.

Paylaş
Burada sizin reklamınız ola bilər