Dünya

Rusiya Ukraynanı raket atəşinə tutub, 1 nəfər ölüb, 15 nəfər yaralanıb

26 may / 14:02 1 dəq
647080b3e3588647080b3e35891685094579647080b3e3586647080b3e3587
26 may / 14:02
Burada sizin reklamınız ola bilər

Rusiya Silahlı Qüvvələri bu gün Ukraynanın Dnepropetrovsk vilayətini və onun mərkəzi Dnepr şəhərini raket atəşinə tutub.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Facebook”da yazıb.

 

Zelenski qeyd edib ki, Dnepr şəhərindəki tibb müəssisəsinə raketlərin düşməsi nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb. Hazırda dağıntılar altında qalanların xilas edilməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir.

Xatırladaq ki, Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Lısak da bu gün Dnepr şəhərinin Rusiya tərəfindən raket atəşinə tutulması barədə “Telegram”da yazıb.

Paylaş
Burada sizin reklamınız ola bilər