Hadisə

Rusiya ordusu Kiyevə raket zərbələri endirib

14 yanvar / 12:38 1 dəq
7c94e389 bc31 3580 8c04 7b26f2b986cd
14 yanvar / 12:38
Burada sizin reklamınız ola bilər

Ukraynanın paytaxtı Kiyevdə ard-arda güclü partlayışlar baş verib.

“Qərb Xəbər” “RBK Ukraina”ya istinadən bildirir ki, bunu ölkə Prezidenti Ofisinin rəhbəri Andrey Yermak deyib.

O söyləyib ki, Rusiya ordusu Ukrayna paytaxtına raket zərbələri endirib.

Ukrayna Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hücumlar “İsgəndər” raketləri ilə həyata keçirilib.

Ərazidə hava hücumu xəbərdarlığı işə salınıb.

Prezident Ofisindən verilən məlumata görə, raket hücumları nəticəsində yaşayış binalarına ziyan dəyib. Raket düşən ərazilərə təcili tibbi yardım briqadaları cəlb olunub

Paylaş
Burada sizin reklamınız ola bilər