Rusiya Kiyevdə Azərbaycan səfirliyini atəşə tutdu
Ötən gecə Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyinin 100 metrliyinə düşüb.
Qerbxeber.com bildirir ki,bu barədə Axar.az ukraynalı jurnalist Denis Kazanskiyə istinadən xəbər yayıb.
Onun sözlərinə görə, Azərbaycan diplomatik missiyasının yaxınlığında düşən raket yanğına və güclü partlayışa səbəb olub:
“Gecə Rusiya Azərbaycanın Kiyevdəki səfirliyini atəşə tutsa da, hədəfə çatmayıb. Bundan əvvəl ruslar Azərbaycanın bir neçə neft anbarını bombalamışdı. İndi onlar səfirliyə qarşı açıq-aşkar terror aktına keçiblər”.




