Rusiya Gümrüdəki hərbi bazasını gücləndirir
Rusiya Cənubi Qafqaz ölkələrinə qarşı hərbi-siyasi təzyiqləri artırmaq məqsədilə Ermənistandakı Gümrü hərbi bazasının gücləndirilməsi prosesini sürətləndirib.
Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Kəşfiyyatı məlumat yayıb.
Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Andrey Yusovun sözlərinə görə, bu addımlar Kremlin qlobal təhlükəsizliyə qarşı yönəlmiş strategiyasının bir hissəsidir:
“Rusiya Ermənistandakı hərbi mövcudluğunu artırmaqla yanaşı, Qafqazda millətlərarası qarşıdurmanı qızışdırmağa çalışır. Eyni zamanda, Azərbaycan və Rusiya arasında münasibətlərin pisləşməsi də bu ssenarinin bir hissəsi ola bilər”.




