“Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında əsas rol oynayır” – İlham Əliyev Moskvadan səsləndi
“Rusiya Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılmasında önəmli rol oynayıb”.
“Qərb Xəbər” məlumat verir ki, bunu dövlət başçısı İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşdə deyib.
Dövlət başçısı deyib ki, məhz Rusiyanın səyi nəticəsində proses hərbi fazadan siyasi-diplomatik mərhələyə keçib.
İlham Əliyev Rusiyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normalılaşmasında da əsas rola malik olduğunu vurğulayıb: “Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında, normal qonşuluq münasibətlərinin yaranmasında əsas rol oynayır”.




