Dünya

Rusiya ABŞ-yə xəbərdarlıq edib: diplomatik münasibətlər kəsilə bilər

22 dekabr / 15:45 1 dəq
65856766152c965856766152ca170324157465856766152c765856766152c8
22 dekabr / 15:45
Burada sizin reklamınız ola bilər

Dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ABŞ ilə diplomatik münasibətlərin kəsilməsini tətikliyə bilər.

“Qərb Xəbər” məlumat verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, Rusiya bu cür münasibəti cavabsız qoymur.

Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, bu ssenari reallaşacağı təqdirdə, Rusiya dondurulmuş aktivlərinə həbs qoyulmasının təşəbbüskarlarını heç vaxt dinc buraxmayacaq.

“Bunun hüquqi nəticələri olacaq, Moskva məhkəməyə etiraz etmək hüququndan istifadə edəcək. Bundan əlavə, Rusiya tərəfi cavab olaraq nəyin müsadirə oluna biləcəyini öyrənəcək”, – deyə Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər