Dünya

Rubio: Döyüşlər dayandırılmayana qədər Ukraynada müharibənin bitməsi ilə bağlı danışıqlar başlaya bilməz

17 mart / 08:50 1 dəq
67d7410005e7867d7410005e79174216012867d7410005e7667d7410005e77
17 mart / 08:50
Burada sizin reklamınız ola bilər

Cəbhədə aktiv döyüşlər dayandırılmayana qədər Ukraynada müharibənin dayandırılması ilə bağlı substantiv danışıqlar başlaya bilməz.

Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “CBS News” telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, ABŞ-nin Ukraynada sülhə nail olmaq strategiyası “A planı” və “B planı” adlandırdığı iki əsas mərhələni əhatə edir.

“A planı atəşi dayandırmaqdan ibarətdir. B planı isə bu müharibəni əbədi olaraq sona çatdırmaq məqsədilə bir yol tapmaq üçün masa arxasına keçməsidir”, – Rubio vurğulayıb.

O, etiraf edib ki, Amerika planının ikinci mərhələsini həyata keçirmək asan deyil.

Lakin Rubio əmindir ki, birinci mərhələ başa çatmayana qədər ikinciyə yaxınlaşmaq mümkün olmayacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər