Dünya

Rubinyan: Koçaryan və Sərkisyan siyasətdən getməli, “Daşnaksütyun” partiyası ləğv edilməlidir

26 sentyabr / 21:05 1 dəq
Ruben rubinyan
26 sentyabr / 21:05
Burada sizin reklamınız ola bilər

Daşnaksütyun” Partiyası (terror təşkilatı – red.) ləğv edilməlidir”.

Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan baş nazirə etimadsızlıq səsverməsi təşəbbüsü ilə çıxış edən müxalifət üzvlərinə müraciətində deyib.

“Təklif edirəm ki, Robert Köçəryan və Serj Sərkisyan uzun illər Ermənistan Respublikasına zülm edən korrupsiya sisteminin qurucuları və liderləri, eləcə də seçki saxtakarları kimi siyasətdən getdiklərini bəyan etsinlər. Həmçinin təklif edirəm ki, “Daşnaksütyun” özünü ləğv etsin”, – vitse-spiker bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər