Portuqaliya yığma komandasının futbolçusu Kriştianu Ronaldu dünya çempionatlarının seçmə mərhələlərində vurulan qolların sayına görə yeni rekorda imza atıb.

40 yaşlı hücumçu hazırda davam edən Macarıstanla matçın 22-ci dəqiqəsində fərqlənərək hesabı 1:1 edib.

Bu, Ronaldunun dünya çempionatlarının seçmə oyunlarında vurduğu 40-cı qol olub.

Ronaldu Qvatemala seçməsinin sabiq futbolçusu Karlos Ruisi (39 qol) geridə qoyaraq, dünya çempionatlarının seçmə mərhələləri tarixindəki ən yaxşı bombardiri adına yiyələnib.
Rekordçular siyahısı belədir:
Kriştianu Ronaldu (Portuqaliya) — 40 qol
Karlos Ruis (Qvatemala) — 39 qol
Lionel Messi (Argentina) — 36 qol
Əli Daei (İran) — 35 qol
Robert Levandovski (Polşa) — 33 qol
Qeyd edək ki, Kriştianu Ronaldu klub karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında davam etdirir.