“Real Madrid” UEFA Superkubokunun qalibi olub
UEFA Superkuboku uğrunda keçirilən matçda İspaniyanın “Real Madrid” komandası ilə İtaliyanın “Atalanta”sı qarşılaşıb.
Qerbxeber.com xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada Madrid təmsilçisi rəqibini üstələməyi bacarıb – 2:0.
Oyunun 59-cu dəqiqəsində Federiko Valverde hesabı açıb.
Qarşılaşmanın 69-cu dəqiqəsində isə Killian Mbappe matçın yekun hesabını müəyyənləşdirib.
Bununla da “Real Madrid” tarixində 6-cı dəfə UEFA Superkubokunu qazanıb.




