Dünya

Quzey İraqda şəhid olan Türk əsgərlərinin sayı 12-ə yüksəldi

7 iyul / 14:31 1 dəq
Turk esgeri
7 iyul / 14:31
Burada sizin reklamınız ola bilər

İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun daha 7 hərbçisi şəhid olub.

Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 6 iyul 2025-ci il tarixində ”Pençe-Kilit” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin istifadə etdiyi bir mağarada aparılan əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənən  üç,daha sonra isə dörd hərbçi həyatını itirib. Şəhid olan hərbçilərin sayı 12-yə yüksəlib.

Qeyd edilib ki, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər yoxlamalar aparmaq və şəhidlərin vida mərasimlərində iştirak etmək üçün bölgəyə gedib.

Paylaş
Burada sizin reklamınız ola bilər