Hadisə

Qonşuların davası qətllə nəticələnib

19 fevral / 12:11 1 dəq
A4bc756b 7ea9 40ed b5b2 8e981cf94d7b
19 fevral / 12:11
Burada sizin reklamınız ola bilər

Gəncədə qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Akif Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Məhəmməd Bağırovun icraatında olan iş üzrə hazırlıq iclası bu il martın 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Gəncə şəhərində, “Depo” adlanan ərazidə baş verib. Belə ki, ev tikintisi zamanı 1952-ci il təvəllüdlü Akif İsrəfil oğlu Hüseynovla 1989-cu il təvəllüdlü Zeynalabdin Bəndər oğlu Kərimov arasında torpaq üstündə mübahisə yaranıb, daha sonra əlbəyaxa davaya çevrilib. 67 yaşlı A.Hüseynov gənc oğlanın onu vurmasından hiddətlənib və evə gedərək qoşalülə tüfəngini götürüb.

O, geri qayıdaraq Zeynalabdini güllələyib. 29 yaşlı Z.Kərimov hadisə yerində ölüb.

Paylaş
Burada sizin reklamınız ola bilər